Kateqoriyasız

Güloğlan Cabbarov: “Neftçi” mənə heç nə verməyib, mən onlara çox şey qazandırmışam”

"Mən "Neftçi"də işlədiyim 3 ildə 3 çempionluq, 1 kubok qazanaraq ordan ayrıldım. Mənə "Neftçi" heç nə verməyib, mən "Neftçi"yə çox şey vermişəm".

Bu sözləri idmanxeber.com-a müsahibəsində "Neftçi" klubunun sabiq rəisi Güloğlan Cabbarov deyib.

Hal-hazırda  Kik Boks federasiyasının vitse-prezidenti olan Cabbarov daha sonra isə Lənkərandakı "Böyük oyun"dan sonra düşən qalmaqalla bağlı bunları deyib:

"Biz həmin gün Afrikada, yarışda idik. Bu qalmaqalın düşməsində bəzi klub funksionerləri və bəzi mətbuat işçiləri başlıca rol oynadı.Mənim Lənkəranda xeyli dost-tanışım var. Nə vaxt iistəsəm gedib orda çay içər, söhbətimi edərəm".

G.Cabbarovun geniş müsahibəsində bir çox məqamlara toxunub. Bu maraqlı müsahibəni oxumaq üçün axşam idmanxeber.com-u izləməyi unutmayın.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43