Kateqoriyasız

SON ANDA: “Xəzər Lənkəran”ın nazına “İdman Azərbaycan” oynamadı

Sabah Premyer Liqanın VIII turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" – "İnter" oyunu canlı yayımlanmayacaq.
Klubdan əldə etdiyimiz məlumata görə, sözügedən qarşılaşma İdman Azərbaycanın proqramında olsa da, bu matç azarkeşlərə televiziya vasitəsi ilə nümayiş etdirilməyəcək.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, buna səbəb "Xəzər Lənkəran" olub. Belə ki, sözügedən kanal oyunu canlı yayımlamaq fikrində olub. Ancaq bu yayımın ekranda göstərilməsinin əleyhinə çıxan Cənub klubu istəyinə nail olub və kanal son anda fikrindən daşınıb.

Bu məsələni tam dəqiləşdirmək üçün PFL-lə də əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aslan Şahgəldiyev də bilribi ki, bu oyun canlı yayımda olmayacaq.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43