Premyer Liqa

“Xəzər Lənkəran” – “İnter” oyununu canlı izləmək istəyənlərin nəzərinə

Premyer Liqanın VIII turunda keçiriləcək "Xəzər Lənkəran" – "İnter" matçının "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacağı deyilsə də, bu baş verməyəcək.

Lənkəran mərkəzi stadionunda keçiriləcək oyun heç bir televiziya vasitəsilə canlı yayımlanmayacaq. Bu barədə idmanxeber.com-a "Xəzər Lənkəran"ın mətbuat xidmətindən məlumat verilib.

Oyun Cənub təmsilçisinin rəsmi saytından canlı yayımlanacaq.

Qeyd edək ki, maçt 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43