Ölkə futbolu

Gürcüstan millisinin futbolçusu “Neftçi”dən imtina etdi

Qazaxıstanın “Atırau” klubunun yeni transferi Uça Lobjanidze açıqlama verib..

İdmanxeber.com-un məlumatına görə, 29 yaşlı müdafiəçi “Atırau”ya keçməmişdən əvəl Azərbaycandan təklif aldığını bildirib:

“Atırau”ya keçməmişdən əvvəl “Neftçi”dən və  digər bir Azərbaycan klubundan təklif almışdım. Bundan əlavə, Türkiyədən də təkliflər var idi. Ancaq mən Qazaxıstan variantını seçdim”.

Qeyd edək ki, 2008-ci ildən Gürcüstan millisinə çağırılan Lobjanidze “Dinamo” (Tbilisi), “Zestafoni”, “Dnepr”, “Krivbass” və “Omoniya” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43