Ölkə futbolu

Gürcüstanda insident: Azərbaycan bayrağı oğurlandı, azakreşimiz yaralandı

Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" Gürcüstanda "Samtredia"nın qonağı olacaq.

İdmanxeber.com-un Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, matçdan öncə azərbaycanlı azarkeşlərlə gürcülər arasında insident yaşanıb. Belə ki, gürcü azarkeşlər "Qarabağ"ı dəstəkləməyə gələn fanatların əlindən Azərbaycan bayrağını alaraq qaçıblar. Münaqişə zamanı tərəflər arasında dava da yaşanıb. Azərbaycanlı azarkeşlərdən biri əlindən yaralanıb.

Polislər bayrağı oğurlayan azarkeşin arxasınca qaçsalar da, onu yaxalamaq mümkün olmayıb.

Qeyd edək ki, "Samtredia" – "Qarabağ" matçı saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43