Müsahibə

Güvənç Kurtar “Bakı” zəfərindən danışdı: “Rəvan” “Real” deyil ki…” – MÜSAHİBƏ

“Rəvan”ın baş məşqçisi Güvənç Kurtarın idmanxeber.com saytına müsahibəsi.

– Öz meydanınızda “Bakı”yla məğlub olsaz da, səfərdə qələbə, ardınca isə penaltilərdə dəqiq oynayaraq yarımfinala yüksəldiniz. Maraqlıdır ki, şanslar “Bakı”nın lehinə olsa da siz oyundan öncə “Bakı”nı elə səfərdə məğlub edəcəyinizi demişdiz. Bu əminlik hardan idi sizdə?

Mən komandamı tanıyıram. “Bakı”nı da oyunların baxmışdım. İki ayda bu komandanı qurduq. Bir az təcrübəmiz azdı. Sonuc olaraq nəticə lehimizə oldu və sevincliyik.

– Qolu oyunun sonlarında vurdunuz. Buna kimi isə elə də 100%-lik imkanlarınız yox idi.

Biz öncədən belə planlaşdırmışdıq. Oyunu 0:0-a apararaq, matçın son dəqiqələrində qol vurmaq. Son 15 dəqiqədə komandaya hücum etmək üçün göstəriş verdim və qol vurduq. Orada 23 nömrəli futbolçuya hakim ikinci sarı vərəqəni verməklə, meydandan qova bilərdi. Çünki “Bakı”nın futbolçusu əllə oynamışdı. Hakimlər bir az bizi məyus edirlər.

– Əsas və əlavə vaxtda hesab xeyrinizə 1:0 yekunlaşdı. Qalibi penaltilər müəyyənləşdirərkən, nə hisslər keçirdiniz? Çünki penaltilər “lotoreya”dı.

Bizim komanda “Real” (Madrid) klubu deyil. Bəlli gücümüz, heyətimiz var. “Bakı” da güclü komandadı. “Xəzər Lənkəran”ı, “Neftçi”ni məğlub etmişdilər. İlk oyunda da bir penaltimiz verilmədi. Lakin əsas olan qələbə idi. Biz penaltilər üzərində Zaqatalada olanda da hazırlaşmışdıq. Penaltilərə biz hər məşqdə çalışırdıq ki, hazırlaşaq. 

– Yarımfinaldakı rəqibiniz “Neftçi”di.

Onları da məğlub etməyə çalışacağıq. Biz mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Çalışacam o vaxta kimi komandanı tam hazır edim. “Neftçi” bütün klublardan güclüdü. 

– Futbolçuların bu qələbədən sonra rahatlaşmasından qorxmursuz ki, çempionat oyunlarında istəniləni verə bilməsinlər?

Biz nə qazanmışıq ki? Ehtiyatda o qədər futbolçu var ki… Onları meydana buraxaram, oynayacaqlar. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43