Ölkə futbolu

Güvənc Kurtar “TOP TOP” verilişində Azərbaycan hakimlərindən danışdı – VİDEO

Azərbaycan teleməkanında qısa zamanda populyarlıq qazanan “TOP TOP” verilişi növbəti buraxılışı  ilə futbol həvəskarlarının görüşünə gəlib. “TOP TOP”un bu sayı da Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələrə həsr olunub. Proqramın bu dəfəki qonaqları Azərbaycan millisinin və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov, “Rəvan” komandasının türkiyəli baş məşqçisi Güvənc Kurtar və daimi ekspert Elnur Əşrəfoğlu olub. “TOP TOP”da Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Topaz Premyer Liqasının oyunlarından söhbət aparılıb. Qəbələ və Lənkəranda baş tutan mərkəzi görüşlərin pərdəarxası məqamlarına toxunulub. Bir sözlə teleməkanın maraqlı futbol proqramını izləməyə dəyər. Verilişin videoyazısını sizə təqdim edirik:



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43