Kateqoriyasız

“Hakim haqda danışıb, cəza almaq istəmirəm”

“Məğlubiyyətin səbəbini isti başla deyə bilmərəm. Amma futbolçular yaxşı oynadı. İlk hissə başlayan kimi özlərini itirdilər, qol buraxdıq”.

İdmanxeber.com-un “sportnet.az”a istinadən verdiyi məlumata görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 20-ci turunda “Zirə”yə uduzduqları oyundan sonra deyib.

Abasov bugünədək heç bir oyunda olmayan qol imkanları əldə etdiklərini bildirib: “Ancaq həmin imkanlar elə oyunçuya düşdü ki, onun oyun praktikası az olduğundan qol vura bilmədi. Söhbət Ayaz Mehdiyevdən gedir. 10 nəfər qalanda da uşaqlar oynadı. Emin Mehdiyevin qırmızı vərəqə almasına gəlincə, bilmirəm nəyə görə belə oldu. Hakimin ünvanına söz deyib cəza almaq istəmirəm. Ancaq bir Allahı, bir də özü bilər. Düşünürəm ki, hakimin cavabını azarkeşlər özləri verdi. Emini dəyişməyə oyunçu yox idi. Oyundan sonra da hakimlə qırmızı vərəqəyə görə mübahisə edirdim. Referi “qırmızı”nın olduğunu bildirdi”.

S.Abasov komandada əsas heyət futbolçularının əksəriyyətinin olmadığını söyləyib: “Neftçi” ilə müqayisədə fərqli oyun gördük. Ötən turda da belə istəkli oynasaydılar, fərqli nəticə olardı. Bu gün isə 5 nəfər əsas komandanın oyunçusu yox idi. Vaqif Cavadov isə məcburiyyət qarşısında meydana çıxdı. Dizində problem var, ayağı şişmişdi və istəyirdik o biri oyuna görə Vaqifi qoyuraq. Bu gün gördüyüm o idi ki, komanda heç də pis oynamadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43