Dünya futbolu

Hakimlərimiz Belçika və Hollandiyanın oyunlarında

FIFA referilərimiz Rəhim Həsənov və Rauf Cabbarov beynəlxalq təyinat alıblar.

İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, hər iki hakim 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarını idarəcə edəcək.

R. Həsənov Mübariz Haşımovla birlikdə Belçika, Norveç, Bosniya və Herseqovina, Macarıstanın yer aldığı qrupun qarşılaşmalarında ədaləti qoruyacaq. Bu qrupun  oyunları martın 26-dan aprelin 1-dək Macarıstanda keçiriləcək.

Rauf Cabbarovla Akif Əmirəli isə İsrail, Çexiya, Hollandiya və Şimali İrlandiya yığmalarının  mübarizə apardığı qrupun görüşlərinə təyinat alıblar. Bu qrupun oyunlari isə martın 20-dən 26-dək Hollandiyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43