Milli komanda

“Almeydaya qarşı diqqətli olmalıyıq” – Zlatko Daliç

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstan milliləri ilə qarşılaşacaq Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç açıqlama verib.

Zlatko Daliç millimizlə oyun haqda bu fikirləri səsləndirib:

“Azərbaycan yığmasının heyətinə baxdım. Bəzi gənc futbolçuları dəvət ediblər. Ancaq təcrübəli və sabit oyunçularıda var. Braziliyalı futbolçu Riçard Almeydaya qarşı diqqətli olmalıyıq. Uzun ötürmələrə diqqət etməliyik. Azərbaycan ciddiyə alınacaq komandadı. Məsuliyyəti dərk edirik. Ciddi yanaşmasaq, problemlərimiz olacaq”.

Xorvatiya – Azərbaycan oyunu martın 21-də “Maksimir” stadionunda keçiriləcək. Bundan 3 gün sonra “damalılar” Macarıstanın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43