Kateqoriyasız

Hakimləri söyən məşqçiyə AFFA-dan ağır cəza

“Şəmkir” baş məşqçisi Kamran Əlibabayev ağır cəzaya məruz qalıb.

İdmanxeber.com-un məlumatına görə, məşqçinin “Şahdağ”la oyundan sonra hakimlər briqadasını təhqir etməsi ona baha başa gəlib.

AFFA İntizam Komitəsi Əlibabayevi 5 oyunluq cəzalandırıb. Bundan başqa Kamran bəy 500 manat da cərimə ödəyəcək.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan matçın hakimlər briqadasında Elgün Hüseynov, Aleksandr Musatkin, Vüqar Bayramov və Namiq Bəkirov yer alıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43