Ölkə futbolu

Hakimlərimiz Avroliqada təyinat alıb

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarından birinin idarəsi həmyerlilərimizə tapşırılıb.

İdmanxeber.com-un affa.az-a istinadən verdiyi xəbərə görə, “Birikara” (Malta)  – “Şiroki Briyeq” (Bosniya Hersoqovina) matçını Azərbaycandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim: Rəhim Həsənov. Köməkçiləri: Namiq Hüseynov, Vaqif Musayev. 4-cü hakim: Rauf Cabbarov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43