Kateqoriyasız

Hakimlərimizə UEFA-dan yeni təyinat

FIFA referisi Rəhim Həsənov və FIFA referi köməkçisi Namiq Hüseynov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinə təyinat alıb. 

İdmanxeber.com-un məlumatına görə, hakimlərimiz martın 23-dən 30-dək Hollandiyada keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. Bu qrupda Hollandiya, Polşa, Ukrayna və İrlandiya yığmaları mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43