İdman

Hakimlərin Antalya toplanışına start verildi

Azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına start verilib.

İdmanxeber.com-un məlumatına görə, fünən günorta saatlarında Antalyaya gələn hakimlər elə həmin gün iki məşğələdə iştirak etdilər. İlk məşq yaşıl meydançada, axşam məşğələsi isə akt zalında gerçəkləşdi.

Yanvarın 25-dək Antalyada  olacaq  hakimlərin hər gün ümumilikdə 4 məşğələdə bir araya gələcəyi planlaşdırılır. Eyni zamanda, Topaz Premyer Liqasının, Azərbaycan Kubokunun, I Divizionun keçirilən oyunlarında qeydə alınan hakim qərarları müzakirə olunacaq. Toplanışın əsas məqsədlərindən biri isə müxtəlif ölkələrdən  Antalyaya gələn komandaların iştirakı ilə keçirilən oyunların idarə olunmasıdı. İlkin plan kimi minimum 50 oyunda ədaləti qorumaq planlaşdırılıb.

Məlumat üçün deyək ki, cari toplanışa FİFA təlimatçısı dəvət olunmayacaq. Toplanışa müəllim heyətində yer alan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev nəzarət edirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43