Dünyadan

Hamza Hamzaoğlu qovuldu

Milli komandamızın üzvü Dəniz Yılmazın formasını geydiyi “Bursaspor” baş məşqçisi ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, rəhbərlik Hamza Hamzaoğlunu istefaya göndərib.

Hələlik onu kimin əvəzləyəcəyi məlum deyil.

Qeyd edək ki, bu gün Superliqanın 18-ci turunda öz meydanında autsayder “Adanaspor”a 0:1 hesabı ilə uduzan “Bursaspor” 18 turdan sonra 27 xalla altıncı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43