Kateqoriyasız

Heydər Əliyev Zirvəsinə yürüş

15 İyun Milli Qurtuluş Günü və Nurgün Group-un 20 İlliyi münasibətilə, Nissan Azərbaycan media nümayəndələri ilə birgə Heydər Əliyev Zirvəsinə yürüş etdilər.

İyun ayının 14-də Bakı şəhərindən başlanan yürüş Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib. İyun ayının 15-i ekspedisiya üzvləri qarşıya qoyulan məqsədə uğurla çatıb və Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada şəkildə start götürərək, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsini fəth ediblər.
“Heydər Əliyev zirvəsi”nə qalxaraq Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyublar. Media nümayəndələrinin təşəbbüsü, Nissan Azərbaycan-nın təşkilatı dəstəyi ilə edilən yürüş xatirə şəkli ilə başa çatdırılıb.
“NURGÜN Motors” MMC şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində5 ünvanda, həmçinin Gəncə, Lənkəran, Şəki və Quba şəhərləində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlarda alınan hər bir avtomobilə 5 il müddətinə və ya 155.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43