İdman

Hövsanda şok: Qaydasız döyüşçü Azərbaycan çempionatında öldürüldü

Bu gün Hövsan Olimpiya Kompleksində ölüm hadisəsi qeydə alınıb. 

İdmanxeber.com "Anspress"ə istinadən xəbər verir ki, Suraxanı rayonu 30-cu polis bölməsindən verilən məlumata görə, saat 16 radələrində Mərkəzdə keçirilən qaydasız döyüş zamanı idmançı dünyasını dəyişib.

Ölən idmançı Quba rayonunun 27 yaşlı sakini Ramin Zeynalovdur. Zeynalovun döyüş vaxtı öldüyünü təsdiqləyib. Daha dəqiqi, hadisə Hövsan Olimpiya Mərkəzində keçirilən qaydasız döyüş üzrə Azərbaycan çempionatı zamanı baş verib. Ölümün səbəbinin meyitin müayinəsindən sonra bəlli olacağı bildirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43