l Divizion

I Divizionda 2 oyunun vaxtı dəyişdirildi

I Divizion XV turunda keçiriləcək görüşlərdən 2-si təxirə salınıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə PFL-in saytı məlumat yayıb.

Məlumata görə, ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən I Divizionun “Göyəzən”  – “Qaradağ Lökbatan” və “Şahdağ” – “Zaqatala” matçlarının keçirilmə tarixi dəyişdirilib. Matçlar 02 fevral 2017-ci il tarixindən 27 fevral 2017-ci il tarixinə keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43