Dünya futbolu

İbrahimoviç karyerasını ABŞ-da davam etdirə bilər

Zlatan İbrahimoviç mövsümün sonu “Mançester Yunayted”dən ayrıla bilər.

İdmanxeber.com-un məlumatına görə, ABŞ-ın “La Qalaksi” futbol klubu isveçli hücumçunu transfer etmək istəyir. MLS liqasında mübarizə aparan komanda Z.İbrahimoviçə rekord məbləğdə müqavilə təklif edib.

35 yaşlı futbolçunun ABŞ-da oynamağı qəbul edəcəyi bildirilir.

Qeyd edək ki, Z.İbrahimoviçin “Mançester Yunayted” ilə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.

Xatırladaq ki, İbrahimoviç cari mövsüm “Mançester Yunayted”in heyətində 40 oyun keçirib və 26 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43