Dünya futbolu

Reynaldo komandasını xilas edə bilmədi

Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”dan “Adanaspor”a transfer olunan Reynaldonun komandası səfərdə “Karabükspor”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna 68-ci dəqiqədə daxil olan Reynaldo, komandasının məğlubiyyətdən xilas olmaıs üçün ciddi heç nə ilə yadda qalmayıb. O, 84-cü dəqiqədə rəqib futbolçuya qarşı kobud oynadığı üçün sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Adanaspor” 24 turdan sonra 17 xalla turnir cədvəlinin sondan ikinci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43