Dünya futbolu

İbrahimoviç Premyer Liqada yeni rekord müəyyənləşdirdi

“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç PRemyer Liqada yeni rekord müəyyənləşdirib.

İdmanxeber.com-un məlumatına görə, dünən “Lester”ə qarşı keçirilən görüşdə fərqlənən isveçli futbolçu İngiltərə Premyer Liqasında bir mövsümdə 15 qol vuran ən yaşlı oyunçu kimi tarixə düşüb. O, bu nəticəyə 35 yaş 125 günlüyündə nail olub.

Xatırladaq ki, futbolçu ötən ilin yayında PSJ-dən azad agent kimi “Mançester Yunayted”ə keçmişdi.

Qeyd edək ki, İbrahimoviç “Mançester Yunayted”in heyətində bütün turnirlər daxil olmaqla 33 oyun keçirib və 20 qol vurub. Klub karyerası ərzində isə 710 görüşdə forma geyinən futbolçu 412 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43