Premyer Liqa

“Kəpəz” “Sumqayıt” üçün başladı

Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Sumqayıt” ilə görüşəcək “Kəpəz” bir günlük istirahətin ardından qarşıdakı oyunun hazırlığına başlayıb.

İdmanxeber.com-un məlumatına görə, komandanın bu günə olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olub.

Gəncə klubu sabah saat 12:00-da “Dalğa Arena”da hazırlıq keçəcək. Gənclik şəhərinin təmsilçisi ilə oyun öncəsi son məşq prosesi (fevralın 8-i saat 15:00-da) matçın keçiriləcəyi arenada olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43