İdman

‘İdman Azərbaycan’ kanalının canlı yayımında kütləvi dava düşdü (VİDEO)

MMA (Qarışıq Döyüş İncəsənəti)üzrə Bakıda keçirilən turnirdə dava düşüb.

İdmanxeber.com-un məlumatına görə, Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən turnirdə  70 kq çəki dərəcəsində qarşılaşan Aqşin Salmanov və Cəfər İsmiyev arasındakı dava rinqdən kənarda da davam edib.

Belə ki, qarşılaşma zamanı rinqdən kənara keçən idmançıların davasına zaldakı tamaşaçılar da müdaxilə edib. Nəticədə kütləvi dava düşüb.

“İdman Azərbaycan” kanalı ilə canlı yayımlanan bu görüntülər yarımçıq kəsilib və kanal reklam fasiləsinə ayrılıb.

Həmin görüntüləri təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43