Müsahibə

“Mənim “yox” cavabımdan sonra Kamran Ağayevi komandaya gətirdilər” (MÜSAHİBƏ)

 “Sumqayıt”ın qapıçısı Səlahət Ağayevin İdmanxeber.com-a müshaibəsi.

– İlk öncə oyun haqda fikirlərini öyrənərdik?

– Fikrimcə “Neftçi”yə qarşı yaxşı oynadıq. Oyun baxımından rəqibə uduzmadıq.

– Bu, “Sumqayıt”da rəsmi debütün idi. Çıxışından razı qaldın?

– Mənim bu haqda danışmağım yaxşı çıxmaz. Həm də uduzmuşuqsa, deməli yaxşı oynamamışam.

– İlk hissədən fərqli olaraq, ikinci hissədə zəif təsir bağışladız. Bunun səbəbini nədə görürsən?

– Komandada hamı əlindən gələnin ən yaxşısını etməyə çalışır. Bu futboldu və alınmayanda alınmır. Hər dəqiqənin öz hökmü var. “Neftçi” əlinə düşən imkandan maksimum yararlanıb, qələbə qazandı.

– “İnter”dən ayrılanda sonra karyeranı xaricdə davam etdirəcəyin gözlənilirdi. “Sumqayıt”a keçməyinə səbəb nə oldu?

– Türkiyədən yaxşı təklif var idi. Mən də istəyirdim ki, ölkə xaricinə gedim. Amma mövsümün ortası olduğu üçün bir qədər çətinlik yarandı. Yayda xaricə yollanmaq istəyirəm.

– Sabiq klubunda problemlər yavaş-yavaş həllini tapır. Hazırda həmin klubu tərk etdiyin üçün peşman deyilsən?

– Yox, peşman deyiləm. “İnter”dən kimdənsə inciyib, küsüb getməmişəm. Futbolda qazandıqlarıma görə “İnter”ə borcluyam. Bu komanda mənə çox kömək olub. Amma futbold bir klubdsa daim qalmaq çətindi.

-“İnter”dən fərqli “Sumqayıt”la avrokuboklara yollanmaq çətindi. Razısan?

– “Sumqayıt” cavan komandadı. Lakin durumda avrokuboklara hansı komandaların gedəcəyi bəlli deyil.

– “İnter”dən ayrıldıqdan sonra geri qayıda bilərdin. Qayıtmamağına səbəb Kamran Ağayevin transferi oldu?

– Yox, belə deyil. Kamran Ağayevin özü ilə də danışdım. Hətta Kamran “İnter”ə keçəndə zəng vurub mənim qayıdıb qayıtmayacağımı soruşdu. Mənim “yox” cavabımdan sonra “İnter”ə transfer oldu. Bundan başqa “Inter”in qapıçılarla işləyən məşqçisi Cəmaləddin Əliyevlə. Dedi sən qayıtmırsansa, Kamranı gətirək. Yəni, mən qayıtmadım deyə Kamranı komandaya gətirdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43