18 Yanvar 2021
  • Ana səhifə
  • Ölkə futbolu
  • “İdman Azərbaycan”dan loqo məsələsinə münasibət gəldi: “Bütün məsuliyyəti Gürcüstan kanalı daşıyır”
Ölkə futbolu

“İdman Azərbaycan”dan loqo məsələsinə münasibət gəldi: “Bütün məsuliyyəti Gürcüstan kanalı daşıyır”

Dünən Çempionlar Liqasının ıı təsnifat mərhələsinin cavab matçı çərçivəsində “Qarabağ”ın Gürcüstan “Samtredia”sının qonağı olduğu matçda maraqlı məqam diqqət çəkib.
İdmanxeber.com-un məlumatına görə, görüşün 61-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Donald Geryeni əvəzlənərək yerini Əfran İsmayılova buraxıb. Ekranda oyunçu əvəzetməsini göstərən titrda isə “Qarabağ”ın yox, “Neftçi”nin loqosunun olması birmənalı qarşılaşnmayıb. Məsələyə aydınlıq gətirməsi üçün qarşılaşmanı canlı yayımlayan “İdman Azərbaycan” kanalının baş redaktor köməkçisi Siyavuş Əliyevlə əlaqə saxladıq: 
“Yayım hüququ onlara məxsusdu, bütün məsuliyyəti Gürcüstan kanalı daşıyır, səhv onlarındı. Bizdən ancaq şərhçi var idi. Azərbaycanda olarkən biz oyunların çəkilişinə cavabdehik. Xaricdə isə özləri.  Xoşagəlməz vəziyyətə görə efir rejissoru məsuliyyət daşıyır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Bakı “İnter”ini sevindirən paraqvaylı

admin

Böyükağa Hacıyev “Rəvan” üzərindəki qələbəni şərh etdi

admin

“Xəzər Lənkəran”da bir sıra futbolçular ilə yollar ayrıldı

admin