Kateqoriyasız

İK qərarları açıqlandı: “Xəzər Lənkəran” 13.000 manat, “Neftçi” isə 26.400 manat cərimə olundu

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının XII turunun “Bakı” – “Qarabağ” matçında “Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Topaz Premyer Liqasının XII turunun “İnter” – “Xəzər Lənkəran” matçının 79-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən  meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).

Oyun başa çatdıqdan sonra stadionun dəhlizində “Xəzər Lənkəran” klubunun direktoru Yunis Hüseynov və “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze  bir-birini təhqir etdiklərinə görə  hər ikisi 5 oyun cəzalanır,  hər iki klub 5000 manat cərimə olunur  (maddə 42.4).

Topaz Premyer Liqasının XII turunun  “Simurq” – “Neftçi” oyunu başa çatdıqdan sonra “Neftçi”  klubunun rəsmisi Elnur Əşrəfoğlu Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə qarşısında təhqir etdiyinə və bu hərəkətini kütləvi informasiya vasitələrində də davam etdirdiyinə görə  10 oyunluq stadiona girişinə qadağa qoyulur,  klub 20 000 manat cərimə olunur. (maddə 81, maddə 10).

Əvəzedici heyətlərin XII turunun “Simurq”  – “Neftçi” matçında “Simurq” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

Oyunun 85-ci dəqiqəsində “Simurq” klubunun 40 №-li futbolçusu Sərxan Abbaslı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  futbolçu  4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.3).

Azərbaycan I Divizionunun XII turunun “Mil-Muğan” – “Zirə” matçının 38-ci dəqiqəsində “Mil-Muğan” klubunun 4 №-li futbolçusu Zöhrab Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XII turunun “Bakılı” – “Lokomotiv” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I divizionunun XII turunun “Şəmkir” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

Oyunun 69-cu dəqiqəsində “Şəmkir” klubunun 29 №-li futbolçusu Samir Mehdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır,  klub 200 manat cərimə olunur (maddə 37.1).

Azərbaycan I Divizionunun XII turunun “Kəpəz” – “Göyəzən” matçının 39-cu dəqiqəsində “Kəpəz” klubunun 16 №-li futbolçusu Davud Kərimi hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

Azərbaycan I Divizionunun XII turunun “Şahdağ” – “Rəvan” matçında “Şahdağ” klubunun 4, “Rəvan” klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur  (maddə 40).

Oyunun 90+3-cü dəqiqəsində “Rəvan” klubunun 57 №-li futbolçusu Orxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

Oyunun 90+3-cü dəqiqəsində “Rəvan” klubunun 92 №-li futbolçusu Nicat Əliyev hakimi, AFFA və PFL – i təhqir etdiyinə görə 9 oyun cəzalanır,  klub 1400 manat cərimə olunur (maddə 42.3, maddə 81).

Topaz Premyer Liqasının XIII turunun “Qarabağ” – AZAL matçının 31-ci dəqiqəsində AZAL klubunun 1 №-li futbolçusu Ruslan Məcidov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XIII turunun “Xəzər Lənkəran”  – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Oyunun 16-cı dəqiqəsində “Neftçi” klubunun 1 №-li futbolçusu Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 45+2-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 7 №-li futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydanda kənarlaşdırıldığı üçün  futbolçu  2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.2) Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. (maddə 32, maddə 33).

Oyunun 74-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 22 №-li futbolçusu Əfran İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydanda kənarlaşdırıldığı üçün  futbolçu  2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.1). Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.(maddə 32, maddə 33)

Oyunun 50-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir etmişdir. Bu səbəbdən də adıçəkilən futbolçu  6 oyunluq cəzalanır, klub 5200 manat cərimə olunur (maddə 81, maddə 48).

Oyunun 90+4-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən  meydançaya kənar əşya atılmasına görə  klub 2000 manat cərimə olunur (maddə 52.1).

Əvəzedici heyətlərin XIII turunun “Qarabağ”  – AZAL matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

Əvəzedici heyətlərin XIII turunun “Qəbələ”  – “Simurq” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43