Dünya futbolu

İlin “11-liyi”nə “Real Madrid” damqası

UEFA rəsmi saytından verilən məlumata görə, 2018-ci ilin heyəti bəlirlənib.

Bir milyon 800 min azarkeşin qatıldığı səsvermədə “Real”dan 4, (Modriç, Marselo, Ramos, Varan), “Barselona”dan 2, (Messi, Andre Terstgen), “Çelsi”dən 2 (Kante, Hazard), “Liverpul” (Van Dayk), “Yuventus” (Ronaldo) və PSJ-dən (Mbappe) 1 oyunçu yer alıb.

Keçirilən sorğuda 115 min 400 nəfərlə ən çox səsi “Qızıl topu” qazanan Modriç alıb. Kristiano Ronaldo isə karyerasında 13-cü dəfə ilin onbirliyində yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43