Ölkə futbolu

Ruslan Abışov: “Özümü tam hazır hiss etmirəm”

Bu gün “Neftçi”nin  mətbuata açıq keçirilən məşqində jurnalislərin suallarını cavablandıran Ruslan Abışov zədəsi barəsində danışıb. O, hələ oynamağa hazır olmadığını bildirib:

“”Zədədən sonra tam hazır deyiləm. Yəqin ki, Antalya toplanışında tam gücümlə hazırlaşacam. Özümü tam hazır hiss etsəm, yoxlama oyunlarında iştirak edə bilərəm”.

R.Abışov ölkə kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a məğlubiyyət barədə də danışıb: “Açığı, bu nəticəyə sürpriz deməzdim. Ayxan Abbasovun gəlişindən sonra “Sumqayıt”ın oyunlarında müsbət mənada inkişaf var. Bu da bizə çətinlik yaradırdı. “Sumqayıt” tamam başqa cür oynayırdı. İstəyirdim ki, mərhələni adlayan biz olaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43