Dünyadan

İlin ən yaxşı baş məşqçiləri müəyyənləşdi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən yaxşı klub məşqçilərinin adlarını açıqlayıb.

56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğunun nəticəsinə əsasən, “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone 1-ci olub. Zinəddin Zidan (“Real”) 2-ci, Klaudio Ranyeri (“Lester”) 3-cü pillədə qərarlaşıb.

İFFHS-in versiyasına görə, 2016-cı ilin ən yaxşı 10 klub məşqçisi aşağıda adları qeyd olunanlardır:

1. Dieqo Simeone (“Atletiko”) – 113 xal

2. Zinəddin Zidan (“Real”) – 108 xal

3. Klaudio Ranyeri (“Lester”) – 86 xal

4. Pep Qvardiola (“Bavariya”/ “Mançester Siti”) – 62 xal

5. Unai Emeri (“Sevilya”, PSJ) – 38 xal

6. Luis Enrike (“Barselona”) – 24 xal

7. Yurgen Klopp (“Liverpul” – 16 xal

8. Maurisio Pakettino (“Tottenhem”) – 15 xal

9. Massimiliano Alleqri (“Yuventus”) – 6 xal

10. Pitso Mosimane (“Mamelodi Sandaunz”) – 5 xal

Qeyd edək ki, D.Simeonenin komandası ötən mövsüm Çempionlar Liqasında finala yüksəlib. Komanda həlledici görüşdə “Real”a uduzub. “Atletiko” ötən  mövsüm La Liqanı isə 3-cü pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43