Ölkə futbolu

İlkin Qırtımov: “Məşqçilər bizə güvənir”

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının futbolçularının iştirakı ilə dünən mətbuat konfransı keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü İlkin Qırtımov istənilən rəqibdən xal almağın mümkünlüyündən danışıb:

Yaxşı oyun nümayiş etdirmək istəyirik. Məşqçilər bizə güvənir. Avro-2016-nın seçmə mərhələsində kollektiv oyun nümayiş etdirsək, əsil komanda xarakteri göstərə bilsək, istənilən rəqibdən xal almağımız mümkündür”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43