Milli komanda

“Neftçi”nin üzvü: “Bunu bacarsaq…”

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının futbolçularının iştirakı ilə dünən mətbuat konfransı keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Elvin Yunuszadə Filippinlə keçirəcəkləri bugünkü matçdan danışıb:

“Qələbə qazananda əhval-ruhiyyə yaxşı olur. Çalışıb, qalib gəlməliyik. Bunu bacarsaq, rəsmi oyunlarda da davamını gətirərik. Rəqib Filippin yığması olsa da, ruhdan düşmürük. AVRO-2016-nın püşkünə gəlincə, əsas odur ki, özümüzə inanaq. Hər bir komandaya qarşı mübarizə aparacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43