İdman

İlkin Qırtımov “Zirə”ni niyə seçmədi?

Qış transfer pəncərəsində heyətini gücləndirmək üçün hərəkətdə olan “Zirə” demək olar, bir futbolçunun keçidini artıq rəsmiləşdirib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, qəsəbə klubu “Qarabağ”dan Elşən Abdullayevi sıralarına qatıb. Klubdan keçid haqda yaxın günlərdə rəsmi məlumat veriləcək. 

 Bununla belə, “qartallar”ın İlkin Qırtımov transferi uğursuz alınıb. Ayxan Abbasovun “Keşlə”dən rənglərinə bağlamaq istədiyi müdafiəçi “Neftçi”dən gələn təklifi üstün tutub. Hazırda onun əvəzinə yeni futbolçu axtarılır. Bununla belə gənc mütəxəssisin Elvin Camalov israrı davam edir. Hələ yay transfer pəncərəsində “Qəbələ”nin üzvünü “Zirə”yə cəlb etmək istəyən Abbasovun bu istəyi nəticəsiz qalmışdı. Bir neçə gün əvvəl yenidən əyalət təmsilçisinin qapısını döyən “Zirə” klubu, Camalovu “oğurlaya” bilməyib.

Yerli futbolçularla kifayətlənməyən komanda əcnəbi axtarışını da davam etdirir. Bir çox futbolçuları “ələkdən” keçirən “Zirə”nin yaxın günlərdə yeni legionerinin adını açıqlaması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43