İdman

“Kukesi”nin baş məşqçisi: “Raufun səviyyəsi Albaniya çempionatında top qovmağa yetmir”

Son olaraq Albaniya çempionatında top qovan Rauf Əliyevin adıçəkilən ölkənin “Kukesi” komandasından ayrılması barədə xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Mladen Milinkoviç həmyerlimizin klubdan ayrılması məsələsinə münasibət bildirib. O, Raufun gözlənilən performansı vermədiyini dilə gətirib:

“Əliyev “Kukesi”yə fərq yaratmaq üçün gəlmişdi. Amma gözləntiləri vermədi. Ona karyerasında uğurlar arzulayıram. Rauf yaxşı futbolçu olsa da, onun səviyyəsi Albaniya çempionatında top qovmağa kifayət etmir.. Onun yoxluğunu bizə problem olmayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43