Milli komanda Ölkə futbolu

“İnanıram ki, Belçika ilə oyunda yaxşı nəticə qazana biləcəyik”

“Belçika millisi barədə əlavə danışmağa ehtiyac yoxdu”.

Bu sözləri Etopaz-ın xətti ilə Brüsselə yollanmış İdmanxeber.az-ın əməkdaşına açıqlamasında Azərbaycan millisinin futbolçusu Elvin Camalov deyib.

Yarımmudafiəçi bubgün keçiriləcək Belçika ilə oyunun çətin keçəcəyini və xal qazanmağa çalışacaqlarını bildirib:

“Bu gün Avropanın ən güclü millilərindən biridir. Bakıda bu komanda ilə layiqli mübarizə aparsaq da təəssüf ki, xal qazana bilmədik. İnanıram ki, səfərdə də layiqli mübarizə aparacaq və bu dəfə yaxşı nəticə qazana biləcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43