Milli komanda

Ukrayna – Azərbaycan oyununun hakimləri açıqlandı

U-21 yığmamız AVRO-2025-in seçmə mərhələsi çərçivəsində növbəti görüşünü Ukraynaya qarşı keçirəcək.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək Ukrayna – Azərbaycan oyununun hakimləri açıqlanıb. 

22:00-da start veriləcək oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. 

Baş hakim: İrakli Kvirikashvili
Baş hakimin köməkçiləri: Giorgi Elikashvili, Davit Chigogidze
Dördüncü hakim: Giorgi Avazashvili 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43