Dünya futbolu

İngiltərə nəhəngləri “Torino”nun futbolçusundan əl çəkmir

“Torino”nun hücumçusu Andrea Belotti İngiltərənin aparıcı klublarının hədəfindədir.

İtaliya millisinin forvardını “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” transfer etmək istəyir.

Belotti üçün “Arsenal” 60, “Çelsi” və “Mançester Yunayted” isə 70 milyon avro ödəməyə razıdırlar.  

Qeyd edək ki, son mövsümdə Belotti “A” seriyasında 35 oyunda 26 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43