Ölkə futbolu

“Qəbələ”nin daha bir rəqibi müəyyənləşdi – son 6 mövsümün əvəzsiz çempionu

“Qəbələ”nin Avstriya toplanışı zamanı qarşılaşacağı daha bir rəqibin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” Bolqarıstanın son 6 ilin əvəzsiz çempionu “Lüdoqorets” kollektivi ilə üz-üzə gələcəklər. Roman Qriqorçukun komandası Razqrad təmsilçisi ilə iyunun 22-də qarşılaşacaq.

“Qəbələ”nin potensial rəqibləri sırasında Serbiya “Voyvodina”sı da var. Ancaq tərəflər oyunun keçirilmə günündə ortaq məxrəcə gələ bilmirlər. Azərbaycan vitse-çempionu görüşün iyunun 15-də, serbiyalılar isə bundan 1 gün öncə baş tutmasını istəyir. Bu səbəbdən də “Qəbələ” – “Voyvodina” görüşünün baş tutma ehtimalı demək olar ki, yoxdu.

Qeyd edək ki,  “Qəbələ” Avstriya toplanışında 4 yoxlama görüşü keçirəcək. İyunun 19-da Moskva “Lokomotiv”i ilə qarşılaşacaq. (Sport24.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43