Ölkə futbolu

“İnter” çexiyalı hücumçu transfer etdi – VİDEO

"İnter" qış fasiləsində son transferini reallaşdırıb.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, "bankirlər" çexiyalı hücumçu İvo Taborskini transfer edib. O, anlaşmaya əsasən 6 ay "İnter" forması geyinəcək.

Qeyd edək ki, Taborskinin son klubu vətənində "Teplitse" olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43