Ölkə futbolu

“Neftçi” “Xəzər Lənkəran”dan nəyi xahiş etdi? – AÇIQLAMA

"Hal-hazırda yardımçı stadionu qardan təmizlədik. Bir metrə qədər qar var idi və demək olar ki, burada məşq keçmək olar".

Bu sözləri idmanxeber.com-a "Xəzər Lənkəran"ın icraçı-direktoru Höccət Hacıyev məlumat verib.

Cənub klubunun rəsmisi bildirib ki, "Neftçi" ayın 8-də Lənkərana gələcək və ilk məşqini də "flaqman" həmin gün keçəcək:

"Neftçi" tərəfi bizdən məşq keçmək üçün stadionun yaxşı durumda olmasını xahiş edib. Biz də çalışırıq. Onların burada rahat məşq keçmələri üçün hər cür şərait yaradılacaq. Əsas stadionu da hazır vəziyyətə gətirəcəyik. Demək olar ki, oyunun keçirilməsi üçün heç bir problem qalmayacaq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43