Kateqoriyasız

“İnter” ikiyə bölündü

Xəbər verdiyimiz kimi, “İnter” Türkiyədə təlim-məşq toplanışı keçirir.

Toplanışın 3-cü gününə futbolçular trenajorda çalışmaqla başladılar. Sonra məşq isinmə hərəkətlərdən və  müxtəlif məsafələrə qaçışdan ibarət oldu.

Axşam saat 17.00-da başlayan məşqdə isə futbolçular topla çalışdılar. Ötürmələr üzərində çalışan futbolçular, daha sonra şərti olaraq iki komandaya bölünərək futbol oynadılar.

Qeyd edək ki, hazırlıq planına əsasən “İnter” sabah da iki dəfə məşq edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43