Dünya futbolu

“İnter” – “Mladost” matçının mətbuat konfranslarının vaxtı məlum oldu

Avropa Liqasının I mərhələsinin cavab oyunları çərçivəsində təmsilçimiz “İnter” Serbiyanın “Mladost” klubu ilə qarşılaşacaq. İyulun 6-da, saat 21:00-da başlanacaq oyun “Dalğa Arena”da baş tutacaq.

İdmanxeber.com-un məlumatına görə, iyulun 5-də “Dalğa Arena”da hər 2 komandanın baş məşqçisinin mətbuat konfransı və mətbuat nümayəndələri üçün komandaların açıq məşqi keçiriləcək.

Qrafik aşağıdakı kimidir:

18:30 “İnter” FK-nın baş məşqçisi Zaur Zvanadzenin mətbuat konfransı

19:00 “İnter” FK-nın açıq məşqi (ilk 15 dəqiqə)

20:00 “Mladost” FK-nın baş məşqçisi Nenad Milovanoviçin mətbuat konfransı

20:30 “Mladost” FK-nın açıq məşqi (ilk 15 dəqiqə)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43