Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununu səfərdə Serbiyanın “Mladost” (Luçani) klubuna qarşı keçirəcək Bakı “İnter”i artıq Belqraddadı.
İdmanxeber.com-un məlumatına görə, ötən gecə yola çıxan bakılılar bu gün səhər mənzil başına çatıblar. Qeyd edək ki, “İnter” ilk oyununu iyunun 29-da səfərdə keçirəcək. Tərəflər arasındakı cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.