Kateqoriyasız

“İnter” “Sumqayıt”la qarşılaşacaq

Çempionatda yaranmış fasilədən istifadə edərək “İnter” yoxlama matçı keçirməyi planlaşdırır.

İdmanxeber.com-un məlumatına görə, sentyabrın 6-da Kaxaber Sxadadzenin yetirmələri “Sumqayıt”la oynayacaqlar. Qarşılaşma “Bakı” Futbol Klubunun təlim-məşq bazasında baş tutacaq.

Əlavə edək ki, oyun saat 18.00-da başlanacaq. Xatırladaq ki, cari mövsümdə “İnter” və “Sumqayıt” komandaları arasında görüş Premyer Liqanın 3-cü turu çərçivəsində baş tutmuşdu. Həmin matç komandamızın 5:1 böyükhesablı qələbəsilə yekunlaşmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43