Ölkə futbolu

“İnter” üçün Hollandiya klubu – ÖZƏL

Bakının “İnter” klubunun Antalya toplanışı çərçivəsində keçirəcəyi dördüncü sınaq matçındakı rəqibin adına da aydınlıq gəlib.

İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, “bankirlər” yanvarın 11-də Hollandiyanın aşağı liqa klubu olan “NWG Asten”lə qarşılaşacaq. Qarşılaşma saat 16:00-da başlayacaq

Qeyd edək ki, bank klubu Almaniyanın “Holşteyn Kil”, Qazaxıstanın “İrtış” (Pavlodar) və Almaniyanın “Arminiya” klubları ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43