Kateqoriyasız

“Qarabağ” “Liverpul” və “Marsel”dən öndə – SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, 2013-cü ilin nəticələrini əks etdirən siyahıda 200 komanda yer alıb. Bu klublar arasında ölkəmizi yalnız bir komanda təmsil edir.

Belə ki, Avropa Liqasının pley-off mərhələsinə qədər irəliləyən Ağdamın “Qarabağ” klubu 119,50 xalla 111-ci pillədə qərarlaşıb. 

Bu göstərici ilə Ağdam təmsilçisi İngiltərənin “Liverpul”, “Everton”, “Nyukasl”, Braziliyanın “Flamenqo”, “Botafoqo”, Fransanın “Marsel”, Almaniyanın “Ştutqart”, Rusiyanın ÇSKA və “Anji” kimi klublarını geridə qoyub.

Siyahıya Münhenin “Bavariya klubu başçılıq edir – 370 xal. Madrid “Real”ı 290 xalla ikinci, Mourinyonun başçılıq etdiyi “Çelsi” isə 273 xalla üçüncüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43