Ölkə futbolu

“İnter”in dördüncü rəqibi müəyyənləşdi

“İnter” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.

İdmanxeber.com-un məlumatına görə, “Riu Kaya Belek” otelində məskunlaşan “bankirlər” gün ərzində iki dəfə məşq edir.

Artıq toplanış çərçivəsində Bakı klubunun dördüncü rəqibi də artıq müəyyənləşib. Belə ki, “İnter” yanvarın 15-də Qazaxıstanın “Ordubaşı” komandasıyla qarşılaşacaq. Oyun Bakı vaxtıyla saat 18.00-da baş tutacaq.

Daha sonra isə Zaur Svanadzenin komandası 18 yanvarda “Botoşani” (Rumıniya), 19-da “İstiqlol” (Tacikistan), 21-də isə “Orenburq”la (Rusiya) görüşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43