Dünyadan

“İnter”in futbolçusu: “Qarabağ”la oyunu düşünməliyik”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter” klubunun futbolçusu Mateo Kovaçiç “Udineze”yə məğlubiyyətdən sonra mətbuata açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, futbolçu məlub olduğları matçı belə şərh edib:

“Mançininin fikirləri ilə razıyam. İlk hissədə yaxşı oynadıq. Lakin fasilədən sonra oyunumuzda eniş oldu, rəqib də bizi cəzalandırdı. Bu mövsüm komanda istədiyi oyunu nümayiş etdirə bilmir. Lakin “İnter” böyük komandadır. Mançini iki həftədə komandada hansısa dəyişiklik edə bilməz. Görüləsi işlər çoxdur. Artıq “Udineze” ilə görüşü unudub, “Qarabağ” və “Kyevo” ilə oyunlara düşünməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43