Ölkə futbolu

“Xəzər Lənkəran” “Bakı” ilə oyuna itki ilə çıxacaq

"Xəzər Lənkəran" 16-cı turda  "Bakı" ilə səfər matçına itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, "Xəzər Lənkəran"ın "Qəbələ" ilə keçirdiyi matçda (3:0) sarı vərəqə alaraq limiti dolduran kapitan Rahid Əmirquliyev və Rasim Ramaldanov komandasına kömək edə bilməyəcəklər.

Qeyd edək ki, "Bakı"- "Xəzər Lənkəran" matçı 13 dekabr tarixində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43