Kateqoriyasız

“İnter”in rəqibini yaxından tanıyaq

Avroliqanın üçüncü təsnifat mərhələsi çərçivəsində “İnter”in rəqibi məlum olub.

İdmanxeber.com-un məlumatına,  görə rəqib İspaniyanın “Atletiko Bilbao” klubudur.

“Atletik Bilbao” klubu 1898- ci ildə yaradılmışdır.

Klub 1929- cu ildən La Liqada mübarizə aparır. Bilbao şəhərinin təmsilçiləridir. İspaniya əsas liqasında “Barselona”,   “Real” ,   “Atletiko Madrid”   kimi klublarla mübarizə aparır. Onlar səkkiz dəfə liqa qazanmışlar.

"Atletik Bilbao" əksər illərdə ilk dördlükdə yer almışdır. 
Onlar Los Leones kimi tanınır. Çünki onların stadionu kilsə yaxınlığında yerləşdiyindən "San Mames" adlanır. Stadionun tutumu 53312  nəfərdir.

Copa Del Rey cədvəlində Atletik təmsilçiləri  "Barselona"dan sonra ikinci klubudur ki,   24 dəfə İspaniya kubokunu  qazanmışlar.

Bask bölgəsinin digər komandalarından fərqli olan “Atletik Bilbao”  bölgə xaricində heç bir oyunçunu komandasında oynatmaz. Komanda bu ənənəsini illərdir davam etdirməkdədir. Formasına heç bir zaman reklam almayan Bilbao nümayəndəsi 110 il sonra bu ənənəyə son verərək 2008-ci il başlanğıc olmaq üzrə,  2011-ə qədər Bask mənşəli bir neft şirkətinin forma reklamını almışdır. Tarixi boyunca heyətində apardığı tək xarici futbolçu Bixente Lizarazu olub,  bu futbolçu da Fransanın Bask Bölgəsindəndir.

Klubun prezdenti Josu Urrutiadır. Komandanın baş məşqçisi Ernesto Valverdedir. 

Qeyd edək ki  “Atletik Bilbao” – "Inter"  qarşılaşması 30 iyulda baş tutacaq.  Cavab oyunu 6 avqust oynalınacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43