Dünya futbolu

İnyesta “Barselona”dan göndəriləcək?

“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta mövsüm sonunda komandadan ayrılmayacaq.

“El Mundo Deportivo”nun yazdığına görə, 2018-ci ilin yayına qədər Kataloniya klubu ilə müqaviləsi olan futbolçu bu müddət ərzində komandada qalmağı düşünür. Lakin o, “Barselona”dan göndərilə bilər. Bu, komandaya dəvət olunacaq yeni baş məşqçinin qərarından aslıdır.

Əgər komandanın yeni baş məşqçi onun “Barselona”da qalmasını istəyərsə, futbolçu ilə müqavilə imzalanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43